Tələbələr Abel Məhərrəmova qarşı

1-02-2014, 14:17
Oxunub: 2835


Bakı Dövlət Universitetinin tələbələri aksiya keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə çağırış ediblər. 

Hafta.az xəbər verir ki, onların aksiya keçirməsinə səbəb universitetin rektoru Abel Məhərrəmovun sosial şəbəkə vasitəsi ilə yazdığı aşağıdakı cümlə olub: "Bu ildən etibarən kəsri olan tələbələr alt qruplarda oturmaq üçün əlavə ödəniş ödəməli olacaqlar.”

Universitetin tələbələri isə buna etiraz əlaməti olaraq 3 fevral saat 12:00-da aksiya keçirəcəklərini bildiriblər. Məsələ ilə bağlı universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərovla əlaqə saxladıq. O bildirdi ki, bu qərarın verilməsi hələ dəqiq deyil: "Məsələ ilə bağlı hələ konkret məlumat yoxdur. Bununla bağlı hansısa qərar qəbul olunsa və bizə məlumat verilsə mətbuata açıqlayacağıq. Tələbələri isə narahat olmamağa çağırıram. BDU daxilində bütün tələbələrin problemlərinə baxılıb həll olunur.”
Şərhlər : 1 Şərh yaz
ludmila 1 fevral 2014 14:23  
men orada oxumuwam abel mene axlaqsiz teklif edibmiw
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti