Ukrayna məmurlarına qarşı sanksiya

29-01-2014, 10:51
Oxunub: 952


Kanada hökuməti Ukraynanın bəzi məmurlarına qarşı sanksiyalar tətbiq edib. Bu barədə Kanadanın xarici işlər naziri Con Berd məlumat verib. 

Nazirin sözlərinə görə, sanksiya tətbiq edilən şəxslər mitinqlərin güc tətbiq edilməklə dağıdılmasında məsul olan şəxslərdir. Nazir Ukrayna hökumətinə qarşı yeni sanksiyaları da istisna etməyib.

Kanada parlamentində Ukraynadakı vəziyyətə dair dinləmələrdə prezident Yanukoviçə qarşı da sanksiyaların tətbiqi müzakirə edilib. 

Həmçinin bank hesablarının dondurulması, Ukraynaya nümayəndə heyətinin göndərilməsi, müxalifət fəallarına siyasi sığınacağın verilməsi kimi məsələlər də müzakirə edilib (aznews.az).
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti