Üç qəza üç ölü

29-12-2012, 11:07
Oxunub: 2264


Etatist.com-un Lent.az-a istinadən verdiyi xəbərə görə, Dekabrın 28-də Bakıda 3 piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Sabunçu rayonu ərazisində 10 CS 179 nömrə nişanlı "VAZ 2106” markalı avtomobil 1946-cı il təvəllüdlü Cəfərova Cahan Məhərrəm qızını vurub. Qadın hadisə yerində dünyasını dəyişib.

Sabunçu rayonu ərazisində baş vermiş digər hadisədə naməlum avtomobil 1952-ci il təvəllüdlü Qarçovkaya Lidiya Petrovnanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Qadın piyadanın ölümü ilə nəticələnən daha bir hadisə Binəqədi rayonunda qeydə alınıb. 9-cu mikrorayon ərazisində, Mir Cəlal küçəsində sərnişin avtobusu 20-25 yaşlı qızı vurub. Həmin qadın hadisə yerində dünyasını dəyişib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti