Zakir Həsənov Fransa ilə müqavilə bağladı

15-01-2014, 11:36
Oxunub: 2263


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransa Respublikasına rəsmi səfəri başa çatıb.

Səfər zamanı müdafiə naziri Fransa Respublikasının hərbi rəhbərliyi və Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərin rəhbərləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələləri barədə müzakirələr aparıb.

Görüşlərin nəticəsi olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma" imzalanıb.

Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətənə dönüb./aznews
Şərhlər : 2 Şərh yaz
cemil 22 iyun 2014 00:53  
Evvela cenab prezidentimiz cox sagolsunki sizin kimi mudafie naziri teyin edibdir.
Sonra biz sene cox inaniriq siz esl azerbaycanlisiniz,biz inaniriq ki siz bizim ordumuzu en yuksek seviyyede tezeden modernlesdireceksiniz
Size halal olsun!
Elşad 3 avqust 2014 22:14  
Zakir müəllim biz sizinlə fəxr edirik! Sizin müdafiə Naziri siçildiyiniz gündən vətəndaşlar arasında necə vətənpərvərlik hissləri yüksəlib, mən bir sadə vətandaş kimi indi fəxr edirəm ki ordumuzun başında müdrik bir adam var! Yoxsa......
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti