Milli Məclisdən xəbərdarlıq

14-01-2014, 14:02
Oxunub: 1182


"Milli Məclisin yaz sessiyasında istər komitələrin iclaslarında, istərsə də plenar iclaslarda iştirak etmək üçün jurnalistlərin akkreditasiya məktubları parlamentin poçtuna daxil olmaqdadır”.

Etatist.com bildirir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. Daxili nizamnaməyə əsasən, yanvarın 15-nin son gün olduğunu xatırladan A. Təvəkküloğlu bildirib ki, bu günə qədər onlara çoxlu məktub gəlib. "Bu günə qədər Milli Məclislə əməkdaşlıq etmək istəyən KİV-lərdən poçtumuza çoxlu məktublar daxil olub. Sabah son gündür və yalnız bundan sonra bizə daxil olan məktublar araşdırılacaq və kimlərin akkreditasiyadan keçdiyi müəyyənləşdiriləcək”, – deyə A. Təvəkküloğlu vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti