Vüqar Həşimovun cənazəsi Bakıya gətirildi

14-01-2014, 10:11
Oxunub: 480


Məşhur şahmatçısı, ölkə və Avropa çempionu, beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun cənazəsi Azərbaycana gətirilib. 

Heydər Əliyev Beynəlxalq Aeroportunda cənazəni mərhum şahmatçının yaxınları və ölkə idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, Vüqar Həşimovla vida mərasimi bu gün Respublika Şahmat Mərkəzində saat 11.00-dan 15.00-dək təşkil olunacaq. Şahmatçı ikinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Beynəlxalq dərəcəli qrossmeyster bu il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişib. 
Allah rəhmət eləsin!
ANS press
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti