Britaniya AB-ni dağıda bilər

28-12-2012, 13:57
Oxunub: 1167


"Hər bir dövlət, yalnız ona əlverşli olan Avropa Birliyində siyasi mexanizmlərdən istifadə etsə və digər ümumi siyasi prosesləri nəzərə almasa, bu həmin dövlətdə və AB-də pis nəticə verə bilər."

 

Bunu "The Guardian" qəzetinə AB-nin sədri Van Rompey deyib. V. Rompey, ingiltərənin AB-dən çıxması məsələsinə tənqidlə yanaşaraq bildirib ki, "bütün ölkələrin öz ehtiyacları var və biz bunları nəzərə alırıq. Amma biz ümid edirik ki, heç bir dövlət Avropa Birliyinin qarşılıqlı yardım sistemini dağıtmayacaq".

 

Qeyd edək ki, son aylar Britaniyanın baş naziri Devid Kemeron dəfələrlə Avropa Birliyi ilə əməkdaşlığın qısıdlanması ilə bağlı çıxışlar edib.

 

Onu da bildirək ki, bəzi Qərb ekspertlərinin fikrincə, Britaniyanın AB-dən çıxması, Avropada iqtisadi böhranı enidən kritik vəziyyətə gətirə bilər. Çünki, İngiltərə Avropanın irəlidə gedən dövlətləri ilə bir yerdə Avropanın zəif olan Yunanıstan, Portuqaliya və başqa dövlətlərinə, milyonlarla euro xərcləyirlər. Yeni iqtisadi strategiyanın qurulduğu vaxtda Britaniyanın bu qurumdan çıxması birliyi dağıda bilər.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti