Milli Şuradan daha bir istefa

26-12-2013, 18:23
Oxunub: 445


"Milli Şuranın kəlimeyi-şəhadətini bu günə qədər ürəyində oxuyanlar, bundan sonra bunu bərkdən oxuya bilərlər. Psevdomillətçi şüarlarla fəaliyyət göstərən partiyalar üçün meydan boşdur. Qoy, yenə də 20 il öz enerjilərini bir-biriləri ilə didişməyə sərf etsinlər”. 

Etatist.com xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Milli Şuranın üzvü, "El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, bu istefa ilə Milli Şuranın kəlimeyi-şəhadəti oxundu və artıq orada təmsil olunmaq öz mənasını itirdi: "Mən özümün orada təmsilçiliyimin nədən ibarət olduğunu aydınlaşdıra bilməmişəm. Növbəti sessiyada bu məsələni də qaldıracam.”
 
E.Quliyev bəyan edib ki, böyük ehtimalla MŞ-in növbəti sessiyasında bu qurumdan istefa verəcəyini açıqlayacaq: "Mən indiki şəraitdə bu cür siyasi qurumda olmaqdan xəcalət hissi keçirirəm. Sizin vasitənizlə Milli Şuranın sədri Cəmil Həsənlidən bu məsələyə diplomatik yox, səmimi münasibət gözləyirəm”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti