"Binə" ticarət mərkəzində 45 mağaza yanıb

25-12-2013, 12:19
Oxunub: 951


Fövqəladə Hallar Nazirliyi (FHN) "Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı növbəti dəfə məlumat yayıb.

Etatist.com-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda deyilir ki, Bakı şəhəri, Qaradağ rayonu "Binə” ticarət mərkəzində yanğın hadisəsi baş verib.
 
Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən və xilasediciləri cəlb olunub.
 
Ticarət Mərkəzinin 4-cü və 5-ci sıralarında hər birinin sahəsi 40 kv. m olan 45 ədəd  müxtəlif geyim və paltar satışı mağazalarının plastik materiallardan ibarət arakəsmələri, dam örtükləri və içərisindəki mallar 1800 kv.m sahədə yanıb.
 
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.
 
Nazirliyin xilasetmə qüvvələri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
 
Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti