Anadolu Universiteti və mən

24-12-2013, 16:14
Oxunub: 5271
Anadolu Universiteti və mən


Mən Anadolu Universitetinin tələbəsiyəm. 2 il bundan əvvəl Anadolu Universitetinin distant təhsil verdiyini eşidib, yollandım Bakıda olan fililalına. Hələ onda bilmirdim ki, bu, Anadolu Universitetinin Azərbaycandakı filialı yox Anadolu Universitetinin burda təchizatını həyata keçirən, Avrasiya İnnovasiya İnstitutudur. Hardan bilim ki, bu institut da deyil, ictimai birlikdir, yəni, QHT-dir. 

Gəldim 3 mikrorayon dairəsi yaxınlığında olan, bu təchizatı həyata keçirən, QHT-nin ofisinə. İçərdə təchizat həyata keçirən, adamlara hoca deyirlər, dekan deyirlər. Hardan bilmək olardi ki, əslində bu adamların təhsillə heç bir əlaqəsi yoxdur? Mehman müəllim adında bir şəxslə görüşdük - əmim və mən. Birinci sualımız bu oldu ki, bu diplom tanınır? Mehman müəllim dedi ki, bəli tanınır. Bizi ordan göndərdilər AzəriTürk Banka ki, gedin ödənişinizi orda edin. Nə az, nə çox, 1100 avro. Hətta kredit şərtləri də təklif etdilər. 

Deməli bank bizə kreditlə pul verir, biz həmin pulu köçürürük "Anadolu Limited"ə, sonra banka borclu qalıb, hər ay borcumuzu ödəyirik. Kredit alıb, təhsil haqqını ödəyib, banka borclu qalmaq üçün bütün imkanlar yaradılıb. Amma mən bundan imtina etdim. Pulu bir başa ödədik. İndinin özündə Anadolu Universitetinin burdakı tələbələrinin yarısından çoxu AzəriTürk Banka borcludur. 

Tutalım, təhsilimi dayandırmaq istəsəm də banka pul ödəməyə davam etməliyəm. Sonralar mətbuatda Təhsil Nazirliyindən alınan açıqlamanı oxudum: "Anadolu Universitetinin diplomu Azərbaycanda tanınmır!". Valideyinlər gedir, Avrasiya İnnovasiya İnstitunu İctimai Birliyinə, "yalandı" deyib yola verirlər. Bir də bunların "Türk iş adamları sizə yardım edəcək onların yanında övladlarınız işlə təmin olunacaqlar" deyə bir yalanları var. 

Azərbaycanda tanınmayan diplomu "tanınır" deyib, insanları niyə aldadırsınız? Yanınızda işlətmək üçün? Hər şeyə əl atıblar. Başa düşdüm ki, böyük bir oyunun içindəyik. Orda bizimlə təhsil alanlardan elələri var, bir neçə dəfə kəsiliblər, sonsuza qədər imtahan verib, sonsuza qədər təhsil haqqı verməyə davam edəcəklər. 

Biz Anadolu Universitetinin tələbəsiyiksə, niyə 1200 avro təhsil haqqı ödəyirik? Türkiyədə olan tələbələr 175 manat (400 Türk lirəsi) təhsil haqqı verirlər. Türkiyədə təhsil alanlara planşet vermirlər. Planşetə görə, bizə məcbur edirlər ki, əlavə olaraq 100 avro ödəyək. Müqavilə şərtində olmadan, əvvəllər ödəddiyimiz 1100 avronu qaldırıb elədilər 1200 avro. İndi biz bu universitetin tələbəsiyik deyə, bizə 20 dollarlıq planşeti 100 avroya satmalıdılar? Hansı rəhbərlik qaldırır bu haqqı? Anadolu Universitetində oxumuruq biz? Anadolu Universitetinin digər ölkələrində olan tələbələri, məsələn, Kosovada 180 avro təhsil haqqı ödəyirlər, Makedoniya, Bolqarıstan eyni qaydada. 

Bircə Azərbaycanda "qara millətə" 1200 avro ödəmək lazımdır! Bax belə, biz quluq! Anadolu Universitetinin 1200 avro təhsil haqqını ödəyən, sonra diplomu tanınmayan qul! Kim mənim hüquqlarımı təmin edəcək?
Şərhlər : 15 Şərh yaz
Ayla 24 dekabr 2013 16:50  
Bu ne e bezdım bu sozlerı oxumaqdan deqıq qerar verın
Vusal 24 dekabr 2013 17:42  
Halaldi.bizde telebe olaraq arxandayiq!
Vusal 24 dekabr 2013 17:43  
Halaldir.bizde telebe olaraq seninle hemfikirik!
mərhəmət 24 dekabr 2013 17:49  
mən sizin fikrinizle hec de razi deyiləm,və sizin fikrinizdə hecdə demey olmaz dogrudu İddia edursuzki, bura gelen telebere deyilib bura fililadi,sorada deyirsuzki diploim taninmir Men bu meseleni defelerle qeyd etmeyden yorulmusam Evvala bura gelen telebelere xeberdar edilirki tehsil disdant formada oklacaq neceki tehsil haqqinda qanunun 13 maddesindede qeyd edilib sadece disdant tesil Azerbaycanda ilk adiim olaraq QHT olan Avrasiya Innoovasiya terefinnen atilmisdir Ve bunu da qeyd edimki buRA QHT dir ve prezidentin Qht haqqunda fermani var ve eminliyle deyeremki diplom taninir taninmirsa nye gore Azerbaycan terefinnen bu qurum baglanmir,ve nye gore turkiyenin Milli egitim bakani Nario Avci Azerbaycana tewrif buyurmusdu,ve nye gore gunnen gune bura axin olunur
adıbilinmez 24 dekabr 2013 18:42  
Kenen bey, Anadolu Üniversitetinin 1 milyondan çox telebesi var. Sizden yığılan paraya Anadolu Üniversitetinin ehtiyacı yoxdur. Sizin verdiyiniz pul onun gazancının(halal) heç bir faizi deyil. Bilmirsen ki, Azerbaycana temiz girenler birazdan sonra mırdal olur?
Alirza 24 dekabr 2013 19:45  
Bu universitet haqqinda butun xeberleri izleyirem.Mence bu universitet vaxtinda baglanmalidir.Telebe herekatini destekleyirem
Rahman 24 dekabr 2013 19:54  
Telebelere qatiliram.Bu etirazi davam etdirmek lazimdir.Yarimciq qoymaq lazim deyil
selmi 24 dekabr 2013 19:57  
Bu haqsizluqdi ...men ele buna gore tehsilimi dondurmusam....ve....hecccc acmaq niyyetindede deyilem.
Elton Cəfərli 24 dekabr 2013 20:58  
Məndə etirazlarda varam həmdə sonuna qədər bu qədər qanunsuzluğu görməmək sadəcə avamlıq olar.Açın gözünüzüsaxtakarlığa yox deyin! Onsuza bura bağlanacaq!
Mustafa 24 dekabr 2013 21:05  
A millet, gedin normal ali tehsil alin, distans-mistans nedi? Madam vaxtinizi itirirsiniz gedin normal ali mekteblere, bele sheylere vaxtinizi ve pulunuzu bosh yere xerclemeyin. Birinci sualiniz "bu diplom taninirmi?" yox, "Burani bitirdikden sonra yuksek seviyyeli mutexessis olacagammi?" olmalidir. Eminlikle ozunuz cavab vere bileriniz ki, YOX olmayacaqasiniz.Ele ise diplomun taninilmasi oz aktualliginiitirir.
Genclerimize ugurlar!
Emrali 25 dekabr 2013 06:25  
Yeqinki burda problemnen daniwmaq olar kurdemirin pirili kendinin yolu cox berbad veziyetdedir heden cox berbad veziyetdedir kend sakinleri bezibler
Jim Kerri 25 dekabr 2013 17:06  
adıbilinmez xanım sizin adınız Aişədi bilirəm və təklif edirəm ki öz adınızdan yazasınız.Qaldı ki söhbətə Anadolunun 1 yox 2 milyondan çox tələbəsi var təsüf təəbəsi olduğunuz universitetin haqqında xırda bir məlumatı belə yalnış deyirsiz.Sonra pula gələndə isə Anadolu şərait yaradır Azərbaycandakı qurum soyur bizi biraz gözü açıq olun!
Ya Babnik Krasavcik 26 dekabr 2013 12:11  
Başdan ayağa saxtakarlıqdır o universitet zərərin harasından dönsən xeyirlidir. Ağlınız olsun gedin pulunuzu tələb edin bü gün sabah bağlanacaq ora.Ayıq sayiq olun ordakı müəllimlərin gülüşünə inanmayın hamısı saxtadır yalan vədlər verməklə məşğuldular.
mirze 18 yanvar 2014 03:16  
Bir neçe kelme diplomların tanınması haqqında. Türkiyede Azerbaycan qiyabi tehsil diplomları tanınmadığı kimi Azerbaycanda da Türkiye universitetlerinin qiyabi tehsil diplomları tanınmır. Nehayet pul barede. Emin olun ki, sizden alınan pulların miqdarını sizin gelecekde yerini tutmaq istediyiniz adamlar müeyyen edir. Onların yerine siz olanda bu qiymet indikinin iki qatı olacaq.
ekrem 21 yanvar 2014 17:29  
Neeem ewii
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti