"Ərdoğan özünü bölgənin polisi kimi görür"

27-12-2012, 15:30
Oxunub: 2563


Ötən gün türkiyəli səfirin İraqdan çıxarılmasını tələb edən iraqlı millət vəkili Yasin Məcid, indi də baş nazir Ərdoğanın İraqda məzhəb qarşıdurmaları yaratdığı üçün region ölkələrinin ona təzyiq göstərməsini istəyib. İraq parlamentinin binasında jurnalistlərə açıqlama verən Yasin Məcid bildirib ki, Türkiyənin baş naziri özünü regionun polisi zənn edir. "Ərdoğan İraqda məzhəb qarşıdurması yaratmaqla məşğuldur. Bundan öz məqsədləri üçün istifadə edir. Türkiyəli nazir özünü bölgənin polisi kimi görür.",-deyə iraqlı millət vəkili əlavə edib.

  Qeyd edək ki, İraqın baş naziri Nuri əl-Maliki Ərdoğanın İraqda məzhəb qarşıdurmalarına səbəb olan açıqlamalarına etiraz olaraq BMT-yə şikayət edəcək. Kürdlərlə qeyri-rəsmi danışıqlar aparan və Maliki hökumətinin devrilməsi üçün əlindən gələn edən baş nazir Ərdoğan isə BMT-də etdiyi qanunsuzluqlarla bağlı hesabat verəcək. 

 

faktxeber

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti