Texniki Universitetdə tələbə biletini niyə vermirlər?

27-12-2012, 14:30
Oxunub: 1787


"Azərbaycan Texniki Universitetində hər il qaydası üzrə birinci kursa gələn tələbələri həmkarlar təşkilatına üzv edirlər və bunun üçün onlardan pul tələb edirlər”- bu fikirləri texniki universitetin tələbəsi bildirir.


Etatist.com-a həmin universitetin tələbəsindən daxil olan məlumata görə, bir çox hallarda tələbənin özündən xəbərsiz maaşından pul götürüldüyü iddia edilir. 4-cü kurs tələbəsi olan həmin şəxs iddia edir ki, bəzi tələbə pul vermədiyi üçün onların tələbə biletlərinin verilmədiyini və tələb edilən pulu verməyəcəkləri təqdirdə imtahana buraxılmayacaqlarını bildirilib. "İmtahana çox az qalmasına baxmayaraq bəzi tələbələrə tələbə bileti hələ də verilməyib" redaksiyamıza göndərilmiş şikayətdə belə yazılıb.
Bundan əlavə semestr ərzində 3 dəfə çıxan "Ziya" qəzetinin (Universitetin qəzeti) tələbələrə məcbur satılması, qəzeti almaq istəməyənlərin dekan tərəfindən sıxışdırıldığı da bildirilir.

Adının çəkilməsini istəməyən Azərbaycan Texniki Universitetinin tələbəsi imtahan suallarının müəllimlər tərəfindən satıldığını da iddia edir.

 

Qeyd edək ki, Azərbaycan Texniki Universiteti rəhbərliyinin bu barədə fikrini öyrənmək üçün rəsmi saytlarına baxsaq da onların əlaqə telefonlarını öyrənə bilmədik. Məlumat üçün Təhsil Nazirliyinin ali təhsil şöbəsinin rəhbəri İlham Mustafayevlə əlaqə saxlamağa çalışsaq da ((012) 496 35 45) onun yerində olmadığını bildirdilər. Nazirliyin mətbuat xidmətindən də telefonlarımıza cavab verən olmadı.


Təhsil Nazirliyinin mövqeyini öyrənib əlavə edəcəyik.

Şərhlər : 2 Şərh yaz
Rafiz 27 dekabr 2012 18:07  
Bundan pis hal iktisad universitetindedi diplomu vermek ucun 1000 manat pul isteyirler.
Sadiq 27 dekabr 2012 18:08  
axır ki bir nəfər bunu dilə gətirdi,maraqlıdı ki hamı bildiyi halda niyə heçkin səs çıxarmır....
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti