Prezident Heydər Əliyevin məzarını ziyarət etdi

12-12-2013, 11:31
Oxunub: 1162


Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Etatist.com-un APA-ya istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Dövlət başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın, dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyub.

Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində prezidentin ailə üzvləri, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Bu gün hökumət üzvləri, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət edirlər. 

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 10 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti