Avtomobil yoldan çıxıb ağaca çırpıldı

27-12-2012, 09:40
Oxunub: 882


Etatist.com-un FHN-in rəsmi saitına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "Hyundai” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış və sürücü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. 

 

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 06:58-də başa çatmışdır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti