ABŞ-dan Ukrayna müxalifətinə dəstək

4-12-2013, 10:19
Oxunub: 924


ABŞ dövlət katibi Con Kerri Ukrayna hakimiyyətini xalqın səsini eşitməyə çağırıb. APA-nın verdiyi xəbərə görə, bu barədə  "Röyters” agentliyi məlumat yayıb.
 
"Hazırda biz Avropaya doğru atılan addımların Ukrayna xalqı tərəfindən dəstəkləndiyini görürük. Ukrayna hökuməti firavan yaşamaq istəyən xalqının səsini eşitməlidir. Bütün tərəflər özünü dinc aparmalıdır, bu gün Avropa dövlətində güc tətbiq etməklə nə isə həll etmək qeyri mümkündür", deyə Kerri vurğulayıb.

ABŞ dövlət katibi əlavə edib ki, ABŞ Ukraynanın avrointeqrasiya yoluna qaytarılması üzərində çalışmağa hazırdır.

Qeyd edək ki, Ukraynada hökumət əleyhinə noyabrın 21-dən başlayan və davam edən aksiyalar daha da dramatikləşib. Avrointeqrasiya tərəfdarları Kiyevin mütəqillik meydanında gecələyib.
 
Etatist.com-un məlumatına görə, Avropa diplomatları isə Ukrayna ilə yeni şərtlərlə danışıqlardan imtina edib. Amma razılaşma sənədi ilə bağlı, bunun Ukraynaya xeyri ilə bağlı müzakirəyə hazır olduqlarını bəyan ediblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti