Eldar Namazov Milli Şuradan istefa verdi

3-12-2013, 17:38
Oxunub: 835


"El” hərəkatının sədri Eldar Namazov Milli Şuradan istefa verib. AzVision.az-ın məlumatına görə, bu barədə Milli Şuranın bu gün keçirilən iclasında prezidentliyə keçmiş namizəd Cəmil Həsənli bildirib. 

Onun sözlərinə görə, hazırda Ukraynada olan E.Namazov Rüstəm İbrahimbəyova mürcaiət edərək onun Milli Şuranın İcra Aparatı sədrliyindən uzaqlaşdırılmasını xahiş edib.

R. İbrahimbəyov da bu məsələyə müsbət yanaşıb. Bununla da Namazovun istefa müraciəti qəbul edilib.

Bildirilib ki, Eldar Namazovun istefasından sonra Milli Şurada Sədr Aparatı yaradılacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti