Fazil Mustafa onun kimi düşünməyənlərə şərəfsiz dedi

30-11-2013, 15:44
Oxunub: 1830


"Azərbaycanda bir məktəb belə açmayan şərəfsizlər heç olmasa nurçunun məktəb açdığını görüb utanmalıdır. Məsələn, əgər 10 məktəb açsam, məndən xoşbəxt insan ola bilməz. İndi bunlar yüzlərlə məktəb açan adamları təhqir obyektinə çevirirlər, amma özləri bir məktəb də açmayan şərəfsizlərdir. Elə ona görə də bu məsələlərdə güzəştə getmək olmaz”.
 
Etatist.com bildirir ki, bu sözləri millət vəkili Fazi Mustafa son günlər mətbuatda haqqında gedən yazılara münasibət bildirərkən "Axar.az”a dedi.
 
Millət vəkili həmçinin haqqında səslənən ittihamlara, onu "nurçu” adlandıranlara da sərt şəkildə cavab verdi:
 
"Biri var qanuni nikahdan doğulanlar, biri də var siğə yolu ilə dünyaya göz açanlar – bunlar çox fərqli şeylərdi. Yəni nikahdan doğulanlar, ümumiyyətlə, İlahi bir insan münasibətinin tənzimlənməsini həyata keçirirlər. Amma siğədən doğulanlar müvəqqəti nikahdan doğulanlar sayılır, onlarçün doğulma meyarı kimi, qiymətləndirmə meyarı da eyni formada olur...
Mən, ümumiyyətlə, İslamda təriqət əleyhinə dissertasiya müdafiə eləmişəm. İslamda da təriqətliyi müsbət qarşılamıram. İndi bu insanlar təkcə onu demirlər. Onlar mənim İslamın daha vəhşi din olaraq göstərilməməsi üçün atdığım addımlar müqabilində mənə nə deməlidirlər? Məsələn, kimə isə içki içdiyinə görə "alkoqolik” deyirlər. Onlar baxır ki, mən içki içmirəm və ya əyyaş həyat keçirmirəm. Normal ibadətimi edirəm və heç bir təriqəti qəbul eləmirəm. İndi bunlar görün nə qədər hazırlıqlı olmalıdırlar ki, mənim fikirlərimi təkzib eləsinlər. Amma onu edə bilmirlər. Buna görə də mənə iyrənc şəkildə şər atırlar. Ümumiyyətlə, mənim hər hansı bir təriqətlə əlaqəm ola bilməz, çünki yanaşmam fərqlidir. İndi mənim nurçularla hansısa fikirlərim üst-üstə düşürsə, onu izah eləsinlər! Mən deyirəm ki, baş yarmaq, zəncir vurmaq insana, İslama xas xüsusiyyət deyil. Əlbəttə ki, bunları deyəndə də mənə istənilən ad qoşacaqlar. Bunları vaxtilə Mirzə Cəlil də, Sabir də deyəndə, onları da daş-qalaq ediblər. Bu adamlar hətta nurçuluq səviyyəsində də özlərini inkişaf etdirmiş adamlar deyillər, amma durub indi onları tənqid edirlər”.
- See more at: http://axar.az/news/2985#sthash.3V2UCNc1.dpuf
Şərhlər : 6 Şərh yaz
Samir 30 noyabr 2013 16:13  
Fazil bey duz deyir
Anar 30 noyabr 2013 16:26  
Azerbaycanda bidene sherefsiz varsa oda fazil mustafadi
Fikrät Näsirov 30 noyabr 2013 16:59  
Özu shäräfsiz olanin bashqalarinin shäräf däräcäsini qiymätländirmäyä haqqi yoxdur. Amma guman ediräm, Fazil bu shäkildä davam edärsä, bälkä, o da "Shäräf"länä bilär...
Ramiz 30 noyabr 2013 18:49  
Bu əvvəl Fazil Qəzənfəroğlu idi, sonra oldu Fazil Mustafa, bir azdan olacaq Fazil Gülən
Nursuz 1 dekabr 2013 02:12  
fazil serefden danisireyee... adama deyeller ay serefiz sen saxladaa bir
Ramil 2 dekabr 2013 17:46  
Qeyretden xeberi olmayanlar hemise Serefden qeyretden danisar.....
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti