Rusiya 400 min əcnəbini ölkəsindən qovdu

29-11-2013, 12:35
Oxunub: 945


Rusiya dövlətinin son zamanlar ölkəsində yaşayan əcnəbilərə qarşı olan münasibəti birmənalı olaraq qarşılanmır. Orxan Zeynalov olayından sonra azərbaycanlılara və Rusiyada yaşayan başqa qeyri-ruslara qarşı aqresivləşən dövlət, 400 min əcnəbiyyə ölkəyə girişi qadağan edib.

Bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Radomodanovski məlumat verib.

Rusiyada miqrasiya qanunlarını pozan 380 mindən çox əcnəbiyə ölkəyə giriş qadağan olunub. Etatist.com-un ANSpress-ə istinadən verdiyi xəbərə görə, bu barədə "İnterfax"a Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Radomodanovski məlumat verib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən əcnəbi qanun pozanlara ölkəyə giriş qadağan edilib. K. Radomodanovski bildirib ki, bu, miqrasiya qaydalarını pozan xarici vətəndaşlarla bağlı zəruri tədbirdir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti