Polislər gücləndirilmiş iş rejiminə keçirlər

26-12-2012, 16:26
Oxunub: 2700


Etatist.com-un Trend-ə istinadən verdiyi xəbərə görə, Azərbaycan polisi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirir ki, dekabrın 31-dən yanvarın 7-dək daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək. Bununla bağlı daxili işlər naziri Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri gücləndirilmiş iş rejimində çalışacaq. Bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək.

Qeyd edək ki, dekabrın 31-dən yanvarın 7-dək Azərbaycanda qeyri-iş günləridir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti