Millət vəkili "Böyük Küdüstan"ı dəstəklədi

23-11-2013, 13:37
Oxunub: 1461


Türkiyənin iqtidar partiyasının (AKP) millət vəkili, Məsud Barzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasının "Böyük Kürdüstan” xəritəsinin müdafiəsinə qalxıb.

Etatist.com-un məlumatına görə, bu barədə "GünAz TV” xəbər verib.

Adıyaman şəhərinin millət vəkili Mehmət Mətin "Haber türk” telekanalının "Teke tek” proqramında məşhur jurnalist Fatih Altaylının suallarını cavabladırarkən "Mən bu xəritəni təsdiq edirəm və hər kəs onu təsdiq etməyə məcburdur. Kürdlər 4 ölkədə yaşayırlar və oranı Kürdüstan adlandırmaq lazımdır”, - söyləyib.

Qeyd edək ki, Məsud Barzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyası Azərbaycanın əksər şəhərlərini də "Böyük Kürdüstan” xəritəsinə salıb.

Onu da xatırladaq ki, "Kürdüstan” xəritəsi ilk dəfə deyil ki, ortaya çıxarılır. Xəritələrin Qərb mətbuatında da yayımlanması göstərir ki, bu işdə maraqlı tərəflər yetərincədir.

Təxminən üç ay əvvəl Almaniyanın məşhur dərgilərindən biri olan "Zenith”in üz qabığında ölkənin şərq və cənub-şərq bölgəsi Kürdüstan ərazisi kimi təqdim edilmişdi.

İslam dünyası və Yaxın Şərq ölkələrindəki siyasi, mədəni, iqtisadi və ictimai mövzularla bağlı araşdımalar aparan dərginin üz qabığında Ərzurumdan Antepə qədər olan ərazi Kürdüstanın tərkib hissəsi kimi göstərilmişdi.

"Nyu-York Tayms" qəzetinin yazarı Robin Vrit bu yaxınlarda Orta Şərqdəki situasiyanı və hadisələrin inkişafını qiymətləndirmişdi. Yazar Yaxın Şərqdə 5 ölkənin parçalanacağını və 14 yeni dövlətin yaranacağını irəli sürüb. Vritə görə, parçalanacaq dövlətlər arasında Suriya və İraq da var.

Təxminən 2,5 ildir vətəndaş müharibəsi davam edən Suriya ilə yanaşı İraqın da 3 hissəyə bölünəcəyini qeyd edən yazar Suriyanın şimalı ilə Şimali İraqda bir Kürdüstan dövlətinin qurulacağını vurğulamışdı.
Şərhlər : 1 Şərh yaz
kavkaz turku 25 noyabr 2013 10:29  
bu kurdler temiz aqini chixariblar deyen ola ay kurd sizin hech dunya yaranandan bu yana dovletiniz olubki hami bilsin kurdler tarix boyu choban olublar indide choban kimi hereket edirler kurdler satqinliqda ermenileri qabaqlayirlar gorun ne qeder pkk yaradib daqlara kurd qilari qaldirib vurushmaqa sovq edirler
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti