İranlı Əfqanistanda Amerikalını öldürdü

26-12-2012, 09:03
Oxunub: 1837


Dekabrın 24-də ABŞ təlimatçısını qətlə yetirən Əfqanıstan Daxili İşlər Nazirliyinin qadın əməkdaşı İran vətəndaşı imiş. Lent.az-ın «RİA-Novosti»-yə istinadən verdiyi məlumata görə, o, ölkə DİN başçısını öldürmək niyyətində olub.

Xatırladaq ki, Beynəlxalq Qarşılıqlı Təhlükəsizlik Qüvvələrin (BQTQ- «İSAF») tərkibində Kabulda işləyən ABŞ vətəndaşı 49 yaşlı Cozef Qriffin qadın polis əməkdaş tərəfindən şəhər polis rəisinin qəbul otağında, hamının gözü qarşısında qəflətən güllələnib. O, müqavilə əsasında NATO-da çalışırmış. Məlumata əsasən, C.Qriffin ABŞ-da özəl mühafizə şirkətinin başçısı imiş.

O, Kabulda polis idarəsi yanında müşavir vəzifəsində çalışırmış.

Əfqanıstan Daxili İşlər Nazirliyi mətbuat katibi Sadiq Sadiq bildirib ki, qatilin yaşadığı mənzilində aparılan axtarış zamanı oradan İran pasportu aşkarlanıb. İlkin dindirmə zamanı o, Əfqanıstan daxili işlər nazirinin öldürmək istədiyini etiraf edib. Adı əkilməyən qətldə şübhəli bilinən iranlı Əfqanıstandan olan yüksək rütbəli zabitə ərə getməklə bu ölkəyə gəlib.O, qanunsuz yolla Əfqanıstan vətəndaşlığı vəsiqəsi əldə edib və bu kimliklə də polisdə işə düzəlib.

 

Sadiqin sözlərinə görə, onu İrana təhvil verməyəcəklər və o, Əfqanıstanda mühakimə olunacaq. Bu ilin əvvəlindən islam Respublikası 47 dəfə Əfqanıstan hüquq-mühafizə orqanlarına, NATO və Beynəlxalq Qarşılıqlı Təhlükəsizlik Qüvvələrinin mülki və hərbi müşavirlərinə basqın etdiyi qeyd alınıb.Bu hücumlar nəticəsində 60 yaxın xarici vətəndaş həlak olub.  

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti