Türkan Şoray naxçıvanlı çıxdı

26-11-2012, 06:56
Oxunub: 6654



Tanınmış aktrisa Bakının onda gözəl təəssüratlar yaratdığını bildirib.
"Bakı nağıllar şəhəridir. Burada hər şey gözəldir, gözəl insanlar, gözəl aura. Məni sevgi və hörmətlə qarşılayırlar. Hər bir azərbaycanlını öpürəm, bağırıma basıram", - o qeyd edib.
Tanınmış aktrisa əslən azərbaycanlı olması ilə bağlı söhbətlərə də aydınlıq gətirib. "Mənim ata tərəfdən əcdadım Naxçıvandandır. Azərbaycanlılar və türklər qardaş və bacılardır. Bizim kökümüz eynidir, dilimiz və dinimiz eynidir", - o əlavə edib.

O, Azərbaycan mədəniyyətinin hansı nümunəsini daha çox xoşladığını da deyib. Aktrisa deyib ki, Ələkbər Tağıyevin "Sən gəlməz oldun" mahnısını sevir. Bundan başqa əfsanəvi ifaçı Zeynəb Xanlarova ilə də tanışdır.

"Çox istərdim ki, onunla görüşüm. Onunla görüşmədən getmək istəmirəm", - o deyib.

 Qafqazinfo.az

Şərhlər : 1 Şərh yaz
vüsalə 20 fevral 2014 13:21  
Bəs bu xəbəri Zeynəb Xanlarova eşitməyib? ))))
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti