Şəxsiyyət vəsiqəsində milli mənsubiyyət göstəriləcək?

8-12-2012, 14:27
Oxunub: 1846


Etatist.com-un Day.az saytına istinadən verdiyi xəbərə görə, bu barədə "Эхо" qəzetinə millət vəkili İlyas İsmayılov bildirib. "Əgər söhbət şəxsiyyətdən gedirsə, onun vəsiqəsində həmin şəxs haqqında bütün informasiyalar yer almalıdır. Təbii ki, hər kəsin öz fikri var, amma biz şəxsiyyət vəsiqəsindən danışırıq axı", - o əlavə edib. Məlum olduğu kimi, hazırda Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqələrində milliyət bölməsi yoxdur. Lakin uşaqların doğum haqqında şəhadətnamələrində valideynlərinin milli mənsubiyyəti göstərilir. Əgər valideynlərin milliyəti eynidirsə, heç bir problem yaranmır. Lakin valideynlər başqa-başqa millətlərin nümayəndələridirlərsə, bu zaman vətəndaş Vəziyyətləri Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) idarəsinə müraciət etməlidirlər. Aydın məsələdir ki, bu cür prosedurlar müəyyən vaxt aparır. Doğumlardan sonra ananın zəifləmiş fiziki durumu da nəzərə alınarsa, bu cür prosedurların nə dərəcədə ağır olduğunu təsəvvvür etmək çətin deyil. Bir halda ki, şəxsiyyət vəsiqələrində milliyət bölməsi çıxarılıb, onda uşaqların doğum haqqında şəhadətnaməsində bu bölməni saxlamaqla, onlara çətinliklər yaratmaq nəyə lazımdır? Vəkil Ramiz Zeynalovun məsələyə münasibəti olub: "Valideynlərin hüquqları var ki, uşağın milli mənsubiyyəti göstərilən bölmədə valideynlərdən birinin milliyətini qeyd etsinlər. Misal üçün, əgər ata ləzgidirsə, qarşılıqlı razılıq əsasında uşağın milliyətini ləzgi olaraq qeyd etmək olar. Digər halda, əgər ana azərbaycanlıdırsa, hər iki valideynin razılığı əsasında uşağın milliyətini elə seçmək mümkündür. Daha doğrusu, valideynlər ayrı-ayrı millətin nümayəndələri olduqda onlar VVAQ-da öz milli mənsubiyyətlərini təsdiq etdirirlər". Vəkil Azərbaycanın çoxmillətli bir ölkə olduğunu xatırladıb və əlavə edib ki, vətəndaşlar öz sənədlərində milli mənsubiyyətlərini göstərmək istədikləri halda heç kimin bunu məhdudlaşdırmaq hüququ yoxdur. "Bu səbəbdən düşünürəm ki, qanunvericilik burada hər şeyi doğru müəyyənləşdirib. Düşünürəm ki, eyni qayda şəxsiyyət vəsiqələrində və ümumvətəndaş pasportlarında da öz əksini tapmalıdır. Bu, ən sadə prosedurdur", - o əlavə edib.
Şərhlər : 1 Şərh yaz
aslan 26 fevral 2013 19:25  
Azərbaycanda 1936-cı və daha sonra 90-cı illərdə Azərbaycan türklərinin millətinin Azərbaycanlı millətinə çevrilməsindən sonra bizə indi nə ad verəcəksiniz.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti