Axtarışda olan şəxslər tutulub

7-12-2012, 12:35
Oxunub: 1794


Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rəfail İbrahimov tutulub.

Daha bir axtarışda olan şəxs isə Xətai rayonunda tutulub. Rayon Polis İdarəsi  34-cü Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olanlar - Pərviz Məmmədov və Mətləb Gülüşov tutulublar.

Hər bir faktla bağlı araşdırma aparılır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti