"Dövlət və Din" adlı konfrans keçiriləcək

5-12-2012, 11:15
Oxunub: 899


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə 19-21 dekabr 2012-ci ildə "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu keçirəcək.

Komitənin mətbuat xidmətindən məlumata görə, müasir dövrdə dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunmuş Forumun məqsədi dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçiriləcək Forumda konfransda müxtəlif ölkələrin din siyasəti ilə məşğul olan rəsmi şəxslərin, dinşünasların, ilahiyyatçıların, azərbaycanşünasların, qafqaz­şünasların, politoloqların, tarixçilərin, xaricdən dəvət olunan alimlərin, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Azərbaycanda akkreditasiya olunmuş səfirlərin iştirakı nəzərdə tutulur.

APA 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti