İranda 4 nəfər edam olunub

3-12-2012, 19:00
Oxunub: 1740


Bu gün İranın Kirmanşah şəhərində 4 nəfər edam olundu. Etatist.com bu barədə İran televiziyasının rəsmi xəbər saytı olan Iribnews.ir-ə istinadən məlumat verir. Məlumata görə, edam olunan şəxslərdən biri zorlama, digər üçü isə narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı cinayətləri ilə ittiham olunaraq edam cəzasına məhkum ediliblər. Qeyd edək ki, təkcə oktyabr-noyabr aylarında Tehranda narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə 20 nəfər edam cəzasına məhkum edilib. Beynəlxalq KİV-in verdiyi məlumata görə, keçən il ərzində İranda 488 nəfərdən çox adam müxtəlif səbəblərdən edam olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti