1 dekabr-QİÇS-lə mübarizə günü

1-12-2012, 15:58
Oxunub: 1048
Bu ilin 11 ayı ərzində Azərbaycan vətəndaşları arasında 453 yeni İİV-ə yoluxma faktı aşkarlanıb


Bu ilin 11 ayı ərzində Azərbaycan vətəndaşları arasında 453 yeni İİV-ə yoluxma faktı aşkarlanıb. Etatist.com-un Trendə istinadən verdiyi xəbərə görə məlumatına görə, bunu şənbə günü 1 dekabr- Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar keçirilən tədbirdə mərkəzin direktor əvəzi Esmira Alməmmədova deyib.
Onun sözlərinə görə, onlardan 439-u (96,9%) Azərbaycan vətəndaşı, 14 nəfəri (3,1%) isə əcnəbi vətəndaşdır.

 

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu il dekabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 3720 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3593 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 127 nəfəri (3,4%) isə əcnəbidir, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 2879-u (80,1%) kişi, 714-ü (19,9%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1098 nəfərdir. Onların 1082-i Azərbaycan vətəndaşıdır. İİV-infeksiyasından 518 nəfər dünyasını dəyişib. Onların 510 nəfəri Azərbaycan vətəndaşıdır.

Alməmmədova deyib ki, 3593 nəfər Azərbaycan vətəndaşından 2174-da (60,5%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1016-da (28,3%) heteroseksual, 55-də (1,5%) anadan uşağa keçməklə, 35-də (1,0%) isə homoseksual kontakt nəticəsində, 1-də (0,03%) donor qanının köçürülməsi nəticəsində baş verib, 312 nəfərdə (8,7%) yoluxma yolu naməlumdur.
Qeyd edək ki, hər il dekabr ayının 1-də Ümumdünya QİÇS-lə mübarizə günü qeyd edilir. İlk dəfə 1988-ci ildə təsis edilmiş QİÇS günü bu il artıq 24-cü dəfə keçirilir.
Xatırladaq ki, BMT-nin İİV/QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) hesabatında göstərilir ki, 2011-ci ildə QİÇS pandemiyasının qarşısının alınmasında bir sıra nailiyyətlər əldə edilib.

 

Hesabatda göstərilib ki, 25 ölkədə İİV-ə yeni yoluxma halları 50%-dən çox azalmışdır və maksimal irəliləmə uşaqlar arasında İİV-ə yoluxma hallarının qarşısı alınması sahəsində əldə edilib. Son 2 il ərzində uşaqlar arasında İİV-ə yeni yoluxma halları 24% azalıb.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti