Gürcüstan silahlı qüvvələrində xidmət edən Azərbaycanlı öldü

24-11-2012, 06:24
Oxunub: 676


 Trend-in Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, saat 12:00-da əsgər Quliyev poliqonda xidmətdə olarkən döyüş mərmiləri aşkar edib.

 İlkin məlumata görə, o, mərmiləri təkbaşına zərərsizləşdirməyə cəhd edib.

 "Ehtiyatsızlıq üzündən mərmi işə düşərək partlayıb. Məmməd Quliyev hadisə yerindəcə ölüb. Hadisə yerinə dərhal Silahlı Qüvvələrin rəhbərliyi və kriminalist-ekspertlər gəliblər. Ölümün dəqiq səbəblərini istintaq müəyyənləşdirəcək. Sıravi Məmməd Quliyev hərbi xidmətə 3 ay əvvəl çağırılıb", - Müdafiə Nazirliyinin bəyanatında deyilir.

 Nazirlik Quliyevin ailəsinə dərin hüznlə başsağlığı verir.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti