Dünyanın ən xoşbəxt insanları - VİDEO

Oxunub: 1533 30-05-2020, 12:12
Üz-üzə, səmimiyyətlə və həqiqi sevgi ilə...
Artıq insanlar yaşa dolduqlarına görə, müəyyən yaşlılıq müddətini keçdiklərinə görə yox, müxtəlif xəstəliklərdən dünyasını dəyişir. Bu xəstəliklər insanları istənilən yaşda tuta bilər, müasir dünyada hər şey gəncləşir, xəstəliklər və ölüm belə.

Söhbət etdiyimiz hər insan əsəb və stressdən gileylənir, amma unuduruq ki, stress həyatımızdakı ən önəmli detallardan biridir. Çünki insanın komfort zonası onu daha da geriyə atır. Stress son dövrlərin trendlərindən və hətta günah keçilərindəndir. Nə olsa, düşünürük ki, yəqin stress keçirmişik və bu səbəblə də artıq çəkiliyik, indi diabet xəstəliyimiz var, yaxud da insanlara reaksiya bildirəndə ona görə əsəbi tonla cavab veririk, çünki bizim də öz problemlərimiz var! Amma istəyirəm, xatırladam ki, əslində, dünyada hər şey, doğrudan da hər şey öyrənilən bir prosesdir. Hər şey cəmiyyət daxilində, topluluq içərisində formalaşdırılır və bir-birinə ötürülür. Stress də fərdi bir proses deyil, səbəbi və nəticəsi var. Amma indi sizə elə bir cəmiyyəti nümunə gətirəcəyik ki, orda insanlar sadəcə yaşlandıqlarına görə dünyasını dəyişir!

Oxşar videolar


Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ