Nigar Yaqublu: "Gənclərin gələcəyi mənim üçün qorxulu gəlir..." (Video/müsahibə)
Oxunub: 1372
29-01-2016, 10:19
"Repressiya dövrünün yazarları daha çox xoşuma gəlir..."
Facebook sosial şəbəkəsindəki "Kitabıstan" səhifəsi gənclərin kitaba olan marağının artırılması və kitabların təbliğatı ilə məşğuldur.
Etatist.comKitabıstan səhifəsi ilə birgə hazırladığı layihə ilə yazarlar, ictimai fəallardan müsahibə alaraq səhifədə yayımlayır, gəncləri yazarların kitablar haqqındakı fikirləri ilə tanış edir. Burdakı digər məqsəd isə yazarları və ictimai fəalları kitab təbliğatına cəlb etmək və gəncləri onlarla tanış etməkdir.
Bu dəfəki müsahibimiz Müsavat Gənclər Təşkilatının idarə heyətinin üzvü Nigar Yaqubludur. O, müsahibədə olduqca maraqlı məqamlara toxunub, həbsdə olarkən hansı kitabları oxuduğundan danışıb.
Etatist.com Nigar Yaqublunun müsahibəsini təqdim edir:
- Kitab oxumağı sevirsən? - Çox. İndi vaxtım olmasa da çox sevirəm kitab oxumağı.
- İlk oxuduğun kitab hansı olub? - Səfillər.
- Çox ağır olmadı? - Əksinə o kitab mənə o qədər təsir eləmişdi... Çox xoşuma gəlmişdi. O vaxt onun filminə də baxmamışam deyə maraqlı gəlmişdi. O vaxtı düşünürdüm ki, hamı Hüqonu oxumalıdır.