Azər Həsrət: "Oxuyanların sayı azalıb" (Video/müsahibə)

Oxunub: 1424 27-01-2016, 11:17
"Savadlı toplumlarda neqativ hallar arxa plana keçir"
Facebook sosial şəbəkəsindəki "Kitabıstan" səhifəsi gənclərin kitaba olan marağının artırılması və kitabların təbliğatı ilə məşğuldur.

Etatist.com Kitabıstan səhifəsi ilə birgə hazırladığı layihə ilə yazarlar, ictimai fəallardan müsahibə alaraq səhifədə yayımlayır, gəncləri yazarların kitablar haqqındakı fikirləri ilə tanış edir. Burdakı digər məqsəd isə yazarları və ictimai fəalları kitab təbliğatına cəlb etmək və gəncləri onlarla tanış etməkdir.

Bu dəfəki müsahibimiz Xəzər Tv-nin "Tərs bucaq" verilişinin aparıcısı, Mətbuat Şurasının idarə heyətinin üzvü, "Bir əsgərin yaşantıları" kitabının müəllifi, jurnalist Azər Həsrətdir.

Etatist.com Azər Həsrətin müsahibəsini təqdim edir:

- Azər bəy, kitablara münasibətiniz necədir?
- 1994-cü ildə qardaşım ev almışdı, ev bomboş idi. Mən də tələbə olduğuma görə o evdə yaşamalı oldum. Evə təzə daşındım, heç nəyim yox idi. Çantam var idi, çantamda da kitab var idi. Sağa-sola baxdım, kağız tapmadım, o kitabın kənarına yazdım ki, “kitabsız ev boş bir qəbrə bənzəyir”.

- İlk oxuduğunuz kitab yadınızdadır?
- Mən uşaq vaxtı həddən artıq çox kitab oxumuşam. Böyük müəllim Lenin haqqında, Karl Marks haqqında oxumuşam.

- Elə bir əsər olub ki, siz onu oxuyanda dəyişməyə qərar vermisiniz?
- Mən o əsərləri tapıb yenidən oxuyuram...

- Hansı janra üstünlük verirsiniz?

Ardı videoda...



Etatist.com

Oxşar videolar


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.