Nigar Yaqublu: "Götürək İsa Qəmbəri, Əli Kərimlini, Arif Hacılını..." (Video/müsahibə)

Oxunub: 6565 18-01-2016, 17:59
"Biri həbsdə, biri isə heç vaxt gəlməyəcək..."
Əslində Nigar Yaqublu ilə çoxdan görüşüb müsahibə almalı idim. Lakin həbsdən azad olunduğu vaxt medianın diqqəti, daha sonra isə ard-arda Yaqublular ailəsinin başına gələn hadisələr almaq istədiyimiz müsahibənin gecikməsinə səbəb oldu. Hamı kimi bizim də gözümüzün qarşısında Tofiq Yaqublunun ailəsinin dramı yaşanırdı. Nigarla xeyli müddətdir görüşmürdük. Zəng edib həm görüşmək istədiyimizi, həm də müsahibə almaq istədiyimizi bildirdik. Nəzakətlə qəbul edib, ofisimizə gəldi. Onu sizə təqdim etməyə ehtiyac duymuruq. Çünki onu hamımız tanıyırıq. Ancaq müsahibəsində elə bir cümlə dedi ki, dinləmədən əvvəl sizə demək istəyirik:

- Özüm üçün heç nə istəmirəm...

Kaş bütün siyasilər, bütün məmurlar, bütün mənfəətləri uğruna çalışanlar belə düşünərdi.

Nigar Yaqublunun Etatist.com-a verdiyi müsahibəni sizə təqdim edirik.

(Qeyd edək ki, bəzi texniki problemlərə görə müsahibə bir qədər gecikib)

- Ölkədəki vəziyyəti necə qiymətləndirirsiniz?
- Çox çətin dönəmdir. Düşünürəm ki, çox ciddi siyasi proseslər gedir, bu da ölkədə köklü dəyişikliklərə gedir. Ancaq o hansı yöndə, hansı istiqamətdə olacaq, necə olacaq onu bilmirəm. Sadəcə onu izləyib görəcəyik. Çünki İlham Əliyevin indi hansı addım atacağı bəlli deyil. Ona görə hələ ki, sadəcə seyirçi kimi izləyirik. Bizim müdaxilə etməyimizin vaxtı gələndə sözsüz bizlər müdaxilə edəcəyik.

- Əfvdən məyus olmadınız ki?
- Heç gözləmirdim də (gülür). Mən öz ailəmdə çoxdan bağlamışdım bu məsələni. Düzdür, atamın bacıları ümidlə gözləyirdi, nənəm gözləyirdi. Baxmayaraq ki, onlara bəri başdan əfv olmayacaq... Və hər dəfə dediklərim real olur. Ona görə gözləmirdim. Çünki çox çətin dönəm idi, düşünürdüm ki, İlham Əliyev iki pisdən birini seçməlidir. Ya ABŞ-ın sanksiyasından qorxub islahatlara getməlidir, tələbləri yerinə yetirməlidir və bununla da Amerikaya "təslim oldum" və dünyada "qorxdum" imici yaranacaqdı. Ya bundan çəkinməliydi, ya da dirənib hər şeyin əksinə gedərək öz sonunu daha da tezləşdirməyə gedəcəkdi. İkincisini seçdi. Ona görə bilirdim ki, heç bir halda buraxmayacaq. Bu baxımdan çox rahat idim.

- Tofiq bəy bəs necə?
- Xeyr. Öncə qeyd etdiyim kimi, bizim üçün bu məsələ çoxdan bağlanıb. Nə vaxt buraxacaqlar, buraxacaqlar. Biz məsələyə belə yanaşırıq. Mübarizənin dadı-duzu budur. Sözsüz ki, ata həbsdə ola-ola da mübarizə aparır. Artıq adətkar olmuşuq həbslərə.

- Tofiq bəylə görüşəndə çətinlik yaradırlar?
- Lap təzə-təzə 13-cü cəzaçəkmə müəssəsində görüşdə olan zaman çətinliklər olurdu, problemlər yaradırdılar. Amma artıq hər şey qaydasına düşüb. Çətinlik ancaq evdən o həbsxanaya getməkdir. Həbsxana yolları çox bərbaddır. Problem sadəcə ora gedib gəlməkdir.

- Tofiq bəy azad olunandan sonra Nigar Yaqublu nə işlə məşğul olacaq? Bununla bağlı planınız varmı?

Ardı videoda...

Etatist.com

Oxşar videolar


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.