Bakının mərkəzində etiraz aksiyası - Video

Oxunub: 1063 7-07-2015, 19:07
Aksiyada isə 30-35 fəhlə iştirak edib
Bu gün günorta saatlarında Bakının "Sahil" metrostansiyasının yaxınlığında SOCAR Sosial İdarəsinin qarşısında bir qrup işçi aksiya keçirib.

Etatist.com bildirir ki, fəhlələr "Azimport" MMC-nin 4 aydır onlara maaş verməməsindən şikayətlənirdilər. Onların bildirdiyinə görə, 500 fəhlə 4 aydır maaşını ala bilmir. Aksiyada isə 30-35 fəhlə iştirak edib.

Daha sonra onlar "Azimport" şirkətinin baş ofisinə yollanıblar. Axunov bağında toplanan fəhlələr etirazlarını burda dilə gətiriblər.

Oxşar videolar


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.