Küçədən gələn musiqi...- Video-müsahibə

Oxunub: 1078 19-05-2015, 15:22
Gənclər, bu işlə sadəcə hobbi kimi məşğul olduqlarını deyirlər
Bütün dünyada geniş yayılsa da, Azərbaycanda küçə musiqiçilərinə nadir hallarda rast gəlmək olur. Əsasən gənclərin məşğul olduğu küçə musiqisi ilə onlar, həm günlük tələbatlarını qarşılamaq üçün pul toplayırlar, həm də sevdikləri işlə məşğul olurlar. Sonradan məşhur olub böyük səhnələrdə çıxış edənləri də olur.

Azərbaycanda isə gənclər sevdikləri sənətlə məşğul olmaq üçün ümumiyyətlə yer tapmırlar. Ancaq bəzən Dənizkənarı Milli Parkda musiqi ifadə edən gəncləri görmək olur.

Bu dəfə də onlardan ikisi qarşıma çıxdı, mən də qısa müsahibə almağa qərar verdim. Kənan və İbrahim küçə musiqisi ilə məşğuldur. Musiqi təhsili olmayan İbrahim 1 ildir küçə musiqisi ilə məşğul olsa da, Kənan ilk dəfədir küçədə musiqi ifa etdiyini dedi.

Kənan Kərimov Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, İbrahim Güləliyev isə Ağdam Sosial İqtisad Kollecində təhsil alır. Gənclər, bu işlə sadəcə hobbi kimi məşğul olduqlarını deyirlər.

Etatist.com küçə musiqiçilərinin video-müsahibəsini təqdim edir:
Fariz Əkbərov, Pünhani Əsgərli
Etatist.com

Oxşar videolar


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.