"Kabus"un qalmaqallı klipinin təqdimatı keçirildi- Fotolar/Video

Oxunub: 3800 24-04-2015, 19:19
Təqdimatın məhz qondarma "erməni soyqırımı" günü keçirilməsi isə xüsusi maraq doğurur
Bu gün gənc repçi "Kabus”un qalmaqallı "Gladio” klipinin təqdimatı keçirilib. 
Etatist.com-a daxil olan məlumata görə, təqdimatın ilk öncə "Deja Vu” kafesində keçirilməsi nəzərdə tutulsa da polis buna icazə verməyib. Daha sonra təqdimat Beynəlxalq Mətbuat Mərkəzinə keçirildi.
Təqdimatda Ümid Partiyasının sədr müavini Ramin Hacılı "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı repçi "Kor Yolçu” və jurnalistlər iştirak ediblər.

""Gladio” klipinin çəkilməsi tamamilə gənclərin təşəbbüsüdür"

"Kabus"un qalmaqallı klipinin təqdimatı keçirildi- Fotolar/Video

Təqdimatda çıxış edən Şəhriyar Məcidzadə bildirdi ki, ilk öncə təqdimatı "party” şəklində keçirmək istəsələr də polis buna icazə verməyib:

"Tədbirə iki gün qalmış polis tərəfindən təqdimatın mərkəz tərəfdə keçirilməsinə maneçilik törədildi. Səbəb kimi isə bizim təhlükəsizliyimiz göstərildi. Bu, bizim gənclərin komanda işidir. "Gladio” klipinin çəkilməsi tamamilə gənclərin təşəbbüsüdür. Klipin bütün heyəti gənclərdən təşkil olunub. Bizə imkan vermədilər klipi istədiyimiz kimi təqdim edək, amma bundan üzülmürük.”

"İnanıram ki, ortaya keyfiyyətli və uğurlu iş qoya bilmişik"
Daha sonra klipin rejissoru Fariz Əkbərov bildirdi ki, o, bu klipi ilk öncə xarici ölkələrin birində çəkmək istəyib:

"Kabus buna razı olmadı. O, dedi ki, ilk klipim Azərbaycanda çəkilməlidir. Biz klipi daha öncə də çəkə bilərdik. Amma daha peşəkar komandanın toplanmasını gözlədik. Kast və çəkiliş heyətilə birlikdə təxminən 50-ə yaxın insan işləyib klipin üstündə. İnanıram ki, ortaya keyfiyyətli və uğurlu iş qoya bilmişik.”
"Kabus” özü öz klipi haqqında dedi ki, klipin uğurlu alınması üçün böyük bir komanda işləyib: "Biz yenə də keçən ilki kimi problem yaşadıq. Amma biz məkanı və vaxtı dəyişmək istəmədik, bunu keçirmək lazım idi. İzləyəndən sonra öz qiymətinizi verərsiniz.”

"Kabus"un qalmaqallı klipinin təqdimatı keçirildi- Fotolar/Video

"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı "Kabus”u və bütün klip heyətini təbrik etdi: "İndi çox maraqlı dövr gəlir, bu, yeni intibah dövrüdür. Gənclərin daha intellektual dövrünə gəlirik, bu çox yaxşı haldır. Tədbirin vaxtını dəyişməməyiniz də çox yaxşı bir şeydir. Bu gün bizim millətimizin tarixində böyük bir gündür həm də.”

"Kabus"un qalmaqallı klipinin təqdimatı keçirildi- Fotolar/Video

Daha sonra Ümid Partiyasının sədr müavini Ramin Hacılıya söz verildi:

"Əslində bu, bütün gənclərin uğurudur. Çünki, bizim içimizdən çıxan bir gənc istəyir ki, öncə Azərbaycanda, sonra bütün dünyaya öz səsilə çıxsın. Roker, reper, siyasətçi, iqtisadçı əvvəlcə Azərbaycanda özünü ifadə eləməlidir, sonra dünyaya çıxmalıdır.”
Repçi "Kor Yolçu” da çıxışda "Kabus”un çox zidiyyətli və yaxşı məqamlara toxunduğunu bildirdi.
Daha sonra klip təqdimata gələnlərə göstərildi. Klipi izlədikdən sonra jurlanistlər və dinləyicilər "Kabus”a suallarını ünvanladı.

"Kabus"un qalmaqallı klipinin təqdimatı keçirildi- Fotolar/Video

Xatırladaq ki, ötən il də "Kabus”un "Ergenekon” adlı konsertinin qarşısı polis tərəfindən alınmışdı. Bu dəfə isə klip təqdimatın iki həftə qalmış Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi qaydada müraciət olunsa da müraciətə heç bir cavab gəlməyib. Daha sonra isə "Kabus” 22-ci Polis Bölməsindən çağırılıb, təhlükəsizlik baxımından təqdimatın keçiriləcəyi yerin məqsədəuyğun olmadığı deyilib və təqdimatın təyin olunmuş yerdə keçirilməsi qadağan olunub.

Təqdimatın məhz qondarma "erməni soyqırımı" günü keçirilməsi isə xüsusi maraq doğurur.

Sözügedən qalmaqallı klipi təqdim edirik:

Oxşar videolar


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.