Nigar Yaqublunun bugün məhkəməsi keçirildi

23-11-2012, 03:24
Oxunub: 1974


Bu gün Abşeron Rayon Məhkəməsində Nigar Yaqublunun məhkəmə prosesi başlayıb.
Bugünkü iclası müşahidə etmək üçün bir sıra ölkələrin, o cümlədən ABŞ, Norveç və İsveçrənin ölkəmizdəki nümayəndləri, ATƏT-in Bakı ofisinin təmsilçisi də məhkəməyə gəlib.
Prosesdə Nigar Yaqublunun vəkilləri onun barəsində həbsqəti imkan tədbiri dəyişdirilməsi haqqında vəsatət qaldırsalarda. Hakim yazılı vəsatətdən sonra məsələyə baxacağını deyib.
Məhkəmədə çıxış edən mülki iddiaçı Sadiq Xəlilov iddiasını geri götürdüyünü və Nigar Yaqubluya azadliq tələb etdiyini bildirib.
Məhkəmə dekabrın 5-i saat 11-ə qədər təxirə salınıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti