Şəkidə yanğın olub

10-12-2012, 10:21
Oxunub: 1303


Şəki şəhərində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin(FHN) Şəki şəhər Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata əsasən, yanğın Şəki şəhəri Dadaş Bünyadzadə, 71 ünvanında, Səlimov Mehman Bəşir oğlunun yaşadığı evin həyətyani sahəsində tikilmiş, ümumi sahəsi 30 kv/m olan mal tövləsində baş verib. Hadisə yerinə FHN-nin Şəki şəhər YMH-nin əməkdaşları və texnikası cəlb edilib. Yanğın nəticəsində  tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 5 ton quru ot bağlaması yanıb. Yanğınsöndürənləri səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.  Fakla bağlı FHN-nin Şəki şəhər YMH-də araşdırma aparılır. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti