Şəhriyar Məcidzadə

5-12-2012, 16:56
Oxunub: 1727
"Etatist" bütün fikirlərin azad məkanıdır


Bir həftədədən çoxdu fəaliyyət göstəririk, azərbaycanın istedadlı gənclərini təqdim edirik cəmiyyətə, heç bir yerdə yayımlanmaq imkanı olmayan analizləri, tarixi böyük şəxsiyyətlərdən ibrətli hadisələri veririk, gündə 30-40 civarında xəvər yayımlayırıq ki, Azərbaycan insanı tərəfsiz xəbər alsın. "Cinsi tərbiyə” məsələsində etiraz edən ölkədə yalnız biz olduq. Yeniliklərimiz davam edəcək. Bu səfərdə daha böyük faciələrimizdən biri olan məsələni qabardacağıq buna çalışırıq. İnsanlarımızın bayağı şoular yerinə analizlər oxuması üçün çalışırıq.
Bütün bu yorğunluğun içində bəzi vətəndaşlarımız bizdən narazıdılar və biz buna aydınliq gətirmək istədiyimiz üçün bu yazını yazmağı məqsədə uyğun saydıq.
Biz "etatist” rəhbərliyi olaraq Azərbaycanda bütün siyasi cərəyanlara bir cavab vermək istəyirik:
İran pərəstlərə:
Keçən dəfə Kamran Həsənli bir yazı yazmışdı. Tanrımı Allahmı? Sualına özünəməxsus olaraq cavab vermişdi ki, hər kəs öz ibadətində sərbəstdi. Heç kim digərinin ibadətinə qarışmamalıdır. Azərbaycanda təhsil boşluğu ucbatından, öz dövlətinin maraqlarını başqa bir dövlətə peş-keş edənlərə üsyan edib sual verirdi.
Cavab veriblər: "İranı Allah qoruyur” əlavədə olunur- biz, sionistikmişik.
İranı özünə qiblə seçənlərlə, işimiz yoxdu. Heç kəsin seçiminə qarışmaq niyyətimizdə yoxdu, amma kim özünə bir İran bütü yaradıb və özünü Allaha ibadət etdiyini düşünürsə, bizim belə bir bütə ehtiyacımız yoxdu. Nə sionizmə, nə İranizmə, nə digərinə. Hamının nəzərinə çatdırıram: Sionist, ancaq yəhudi ola bilər, çünki sionizm yəhudi idealizmidi. Başqa bir millətin nümayəndəsi ola bilmir. İkincisi, siz əgər həqiqətən Allahın yolunda isəniz, HZ Məhəmməd (S.A.V) buyururdu: "İslamı zorlamayın, sevdirin”. Belə adamların təfəkküründən dolayı İslam terrorizmlə müqayisə olunur. Kimin necə cavab alacağını isə yalnız Allah bilər. Qulun işi, təvəkkül etməkdir. Mən bütün məzhəbləri, bütün ayırımları inkar edirəm. Mənim üçün mənim dilimdə, dinimdə, xalqımda bütövdür.
Burdan bir xəbərdarlıqda edəcəm. Biz etatistçilər olaraq bildiririk: İstənilən intellektual müzakirəyə hazırıq. Demokratiyadan danışan bir toplum bir yazıya qarşı, aqressiya göstərmək yerinə müzakirə etməyi düşünməlidir. Mən birinci sualı verim, hansı Ayətullah Türk olduğu üçün öldürülüb? Özüdə dindən, imandan danışanlar tərəfindən?
Söyün Sadıqovun açıqlamasını, verdiyimizə görə bizi qınayanlara:
Öncəliklə "etatist" sözünün mənasını anlamaq lazımdır. Bizim üçün hər şeydən öncə Azərbaycanın maraqları, insan haqqlar, azad söz eyni anda yan-yana gəlməkdədir. Xəbər yaymaq prinsipi kiminsə sözünü təhrif etmək deyil və bunu biz etməmişik. Amma hər kəsin sözünüdə olduğu kimi yaymaq bizim prinsipimizdir. Öncəliklə, bizi Azərbaycanın ərazisini işğal edən xalqı müdafiə etməyimizi demədən öncə saytda olan digər məqalələridə oxuyun.
Bəhailərə və onların əleyhdarlarına:
Bəhailərin vətəni İrandı. Orda indidə Bəhailər var. Zərdüştilərdə var, yəhudilərdə. İran onda kafir dövlətdi? Bunu demək istəyirsiniz? Ancaq, Türklərin haqları pozulmaqdadı. Ermənilərə tanınan haqlar niyə bizə tanınmır? Sual verində özünüzə. Bu nə aqresiyadı? Bu nə dözümsülükdü? Nə olub? Mən onsuzda bilirdim ki, Azərbaycanda insan insana, eyni millətin övladı bir-birinə düşmən kəsilib, amma bununda bir sərhədi olmalıdır.
Bir tərəfdəndə Bəhailərin təmsilçisi olaraq müsahibə götürdüyümüz adamlar zəng edib, müsahibə alan əməkdaşımıza bildirirlər ki, biz sözü konteksdən çıxarmışıq və yazmışıq ki " Azərbaycan dövləti bizi dəstəkləyir” bunu İranla müqayisə olduğunu bildiriblər. Hörmətli vətəndaşlarımız, biz başlıq olaraq, istənilən mətbuat orqanı kimi, özümüz nəyi seçəcəyimizdə azadıq. Amma təhrif etməkdə yox. Dediyiniz, sözlərin hamısı, yazılan lentdə var, əgər siz çox istəyirsinizsə biz bunu yayımlaya bilərik. Müsahibədə nə deyilirsə oda yayımlanır. Deyirsinizsə, o zaman sözünüzün arxasında durun, da bu şou niyə lazımdır?
Əcəb məsələdir. Kimdən yazırıqsa oda, onun əleyhdarıda narazı qalır. Amma mən buna nikbin baxıram deməli obyektvik. Reklam etmədiyimizə görə yazdığımız, təkcə öz istədiyini oxumadığına görə isə oxucuların bəziləri bizdən narazı qala bilirlər. Amma əksər olaraq insanlarımız bizi qəbul edir, oxucumuz isə hər gün artır.
-Biz "etatist” olaraq bir daha bəyan edirik:
-Azərbaycanın maraqlarını kimsəyə qurban verməyəcəyik.
-Azərbaycanda siyasi dözümlülük olacaq olmayacaqsa, yaradacağıq.
-Biz bütün İcmaları, dini, milli, azlıqları danışdıracağıq onları cəmiyyətimizə tanıdacağıq.
-Söz azadlığı, prinsipinə sadiq qalacağıq.
Əgər cavab vermək isəyirsinizsə buyurun gəlin, qonağımız olun, çayımızı için, yazınızı gətirin arqumentlərinizlə birlikdə yayımlayaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti