Ayşə Qalim

14-08-2012, 13:09
Oxunub: 3978
Azərbaycan ailəsi necə dağılacaq?


 Son günlər Azərbaycanda ailə institutu hədəfə alınıb. Ancaq bundan öncə, xeylidə hazırlıqlar görülürmüş. Demək ki, "elgizin cümə axşamları”, "toy olsunlar”, "sən tək deyilsən”, şouları boşuna deyilmiş. Ailə qurmağı gözdən salmaq , ailənin içindəki problemləri qabardıb gündəmə belə daşımağa çalışırmışlar.

  Siz düşünürsünüz ki, gündə intihar xəbərləri boşuna idi?

"Kişi öz arvadını, qısqanclıqdan öldürdü?” xəbərləri vəya zorlama xəbərlərinin az qala bütün media tərəfindən qabardılmağı boşuna idi?
Bugün anlayırıq ki, boşuna deyilmiş.
Gündəmdə üş məsələ dayanıb.
1) Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın parlamentin payız sessiyasında "Reproduktiv sağlamlıq haqqında” qanuna əlavə dəyişiklər barədə təklifi bundan ibarət idi ki, Azərbaycan qanunvericiliyinə qız cinsinə aid olan uşaqların abort olunmasının qarşısını almaq üçün dəyişiklik edilsin.
2) Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Elmira Axundovanın ”Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanuna ediləcək əlavə barədə təklifi bundan ibarət idi ki, məktəblərdə yetkinlik yaşına çatmayanlara "cinsi tərbiyə” fənninin tədris olunsun. Məktəblərdə "sexual education” dərsinin keçirilməsinidə mediada belə şərh edirdi: "İnsanları yeniyetmə yaşından gələcəkdə ailə qurmaq vəziyyətinə hazırlamaq lazımdır. Hazırda Azərbaycanda bir çox gənclər ailə qurarkən ailə həyatına tam hazırlıqsız olurlar. Bu da xüsusən özünü rayon, kənd yerlərində büruzə verir"
3) "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əlavə dəyişiklər edilərək, razılaşdırılmayan etiraz aksiyalarının təşkilatçıları və iştirakçılarına qarşı maddi cərimələrin artırılmasını nəzərdə tutan qanun.
Artıq ölkə prezidenti tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə dəyişikliklər edilməsi haqqında qanun təsdiq edilib.
Ama hər şey tərsinə başladı. Birinci ölkə insanına icazəsiz aksiya vəya etiraz etmək qadağa edildi. Bir vətədaş və ya bir ailə öz etirazını bildirmək üçün Bakı şəhər icra hakimiyyətinə müraciət etməli, onlar isə 20-ci sahəni verməlidilər. Ailə isə, yollanmalıdı 20-ci sahəyəki niyə mənim övladıma cinsi tərbiyə fənnini tədris edirsiniz? Sualını qoyub etiraz etsin.
Keçək ikinci məsələyə millət vəkili Elmira Axundovanın təklifinə yalnız Milli Fikir Mərkəzi etirazını bildirdi və etirazına cavabda aldı. Ama cavaba baxaq: "Cinsi tərbiyə” ifadəsi belə demək mümkündürsə, şərti addır və o, öz daxilində ailə tərbiyəsini, oğlan və qızların ailəyə hazırlığını və ailə qurmaqla bağlı düşüncələrini, qadına qarşı hörməti, qadın və kişi bərabərliyini, ailədə hər iki cinsin nümayəndələrinin bir-birinə qarşı münasibətini və bu kimi digər ictimai və mənəvi münasibətləri əhatə etməlidir.”
Yəni "cinsi tərbiyə” dərsində, biz ailə tərbiyəsi alacaqmışıq, oğlan və qızlara ailə qurmağa hazırlıq keçəcəkmişik, qadına hörmət öyrənəckmişik, və s. Yaxşı onda niyə bu dərsin adı Ailə planlaması vəya gender bərabərliyi deyil? Bir millət vəkili açıqlama verərkən, təklif etdiyi qanuna, tam özünü açıqlamaq üçün niyə şərti ad seçsin?
  Bu məsələyə aydınlıq gətirmək üçün yaxşı olmazmıydı ki, cəmiyyətə həmin qanun layihəsi təqdim ediləydi yoxsa sirr kimi saxlanılmazdı?
Aydınlıq gətirək öncə fərdi, vəya qrup halında olacaq etirazların qarşısını almaq üçün "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə dəyişikliklər edildi. Sonra "cinsi tərbiyə” tədris ediləcəyi təqdirdə ailələr buna etiraz etsə cərimələnəcəklər mesajını aldılar. Sonra isə süni şəkildə qız və oğlan arasında ki, proporsiyanı pozmaq üçün "oğlan isə abort olunsun” qərarı, təklif edildi. Onsuz biz bilirik ki, Azərbaycanda hər oğlana 7-di qız düşür məqsəd nədir ki bunun sayı 30 olsun məsələ?
Bəs necə əxlaqsızlıq təbliğ edilsin?
Bəs necə nigahdan kənar uşaqlar çoxalsın?

Bəs necə ailə zorakılığı artsın? Çözümü tapıblar.


 

 

Şərhlər : 2 Şərh yaz
Nikol 24 noyabr 2012 08:56  
согласна
Sadiq 11 dekabr 2012 18:39  
çox doğrudu o verlişlərə baxand inanın fikri dəyişir
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti