Ağsuda avtomobil yolunun tikintisinə 6 milyon manat ayrılıb

4-12-2012, 19:10
Oxunub: 1685


Azərbaycan prezidenti İlham Əliyev Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"APA-Economics”in məlumatına görə, on səkkiz min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən Ağsu Rayon İcra Hakimiyyətinə ilkin olaraq 6,0 (altı) milyon manat ayrılıb.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti