Xarici işlər nazirinin müavini Cenevrədə

4-12-2012, 10:21
Oxunub: 684
Danışıqlarda ölkəmizin təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək məsələləri və ölkəmizin ticarət sistemi mövzuları ətrafında müzakirələr aparılacaq


Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın ÜTT-yə daxil olması prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək üçün Cenevrəyə səfər edib.

Etatist.com-un Trend-ə istinadən verdiyi məlumata görə, səfər dekabrın 7-dək davam edəcək. Səfər çərçivəsində ABŞ, Avropa İttifaqı, Kanada, Norveç ilə mallar və xidmətlər üzrə ikitərəfli, ölkəmizin kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə çoxtərəfli danışıqların aparılması nəzərdə tutulub. ÜTT-yə hazırlıq üzrə İşçi Qrupunun 10-cu iclasının da keçirilməsi gözlənilir. Danışıqlarda ölkəmizin təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək məsələləri və ölkəmizin ticarət sistemi mövzuları ətrafında müzakirələr aparılacaq.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti