Analoq formatdan rəqəmsal yayıma

4-12-2012, 10:11
Oxunub: 1139


 Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov birinci gün bildirib ki, əhalinin aztəminatlı təbəqəsinə rəqəmsal televiziya siqnallarının qəbulu üçün dekoderlərin pulsuz veriləcəyi ehtimal edilir. 

 Trend.az-in verdiyi xəbərə görə bu məsələ baxılma mərhələsindədir və yekun qərar hələlik qəbul edilməyib.

"2013-cü ildə analoq formatdan rəqəmsal yayıma tam keçid gözlənilir", - Abbasov deyib.
Qeyd edək ki, Azərbaycanda rəqəmsal televiziyaya keçid analoq siqnalın rəqəmsal siqnalla əvəz edilməsini nəzərdə tutur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti