Nazir oğlu nazir olacaq?

29-11-2012, 01:13
Oxunub: 47977
Daxili İşlər Naziri Ramil Usubovun mərhum prezident Heydər Əliyevin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Naziri təyin olunduqdan sonra 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Daxili işlər naziri təyin edilmişdir.


Nazir oğlu nazir olacaq?
1992-ci illərdə o, zamanki Daxili İşlər Naziri İsgəndər Həmidovla münasibətləri kəskinləşdikdə Ramil Usubov Naxçıvan MR-na nazir postuna təyin edilir.

Bu yaxınlarda Daxili İşlər Naziri Ramil Usubov böyük oğlu Emil Usubovu nazirliyn Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi vəzifəsinə təyin etməsi, cəmiyyət tərəfindən bir mənalı qarşılanmayıb. Etatist.com-un Daxili İşlər Nazirliyində ki, etibarlı mənbələrdən aldığı məlumata görə bu məsələ bir ay bundan əvvəl gündəmdə olsada, ölkədə baş verən son qalmaqallı hadisələrlə əlaqədar ertələnmişdi.
Belə ki, bu kimi yüksək postlara prezident və prezidentə yaxın çevrələrcə müzakirə edilmədən təyin olunmaq mümkün deyil.
Zəruri qeyd 1992-ci illərdə o, zamanki Daxili İşlər Naziri İsgəndər Həmidovla münasibətləri kəskinləşdikdə Ramil Usubov Naxçıvan MR-na nazir postuna təyin edilir.
Daxili İşlər Naziri Ramil Usubovun mərhum prezident Heydər Əliyevin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Naziri təyin olunduqdan sonra 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Daxili işlər naziri təyin edilmişdir. Həmin bu dövrlər ərzində onun işlərində hər zaman tutduğu mövqe, mərhum prezindent Heydər Əliyevə yaxın olması, heç kimə sirr deyil.
Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il Azərbaycanın Daxili İşlər Naziri vəzifəsinə gətirilməsi və hələ də, bu postda uzun müddət ərzində işləməyi Ramil Usubovun hökümətin nə dərəcədə güvənini qazanmasından xəbər verməkdədir.
Xatırladaq ki, Daxili İşlər Naziri Ramil Usubovun oğlu, Polkovnik E.Usubov əvvəllər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi işləyib. Qeyd olunmalı hissə isə budur ki, Ramil Usubovun özü polkovnik rütbəsində Daxili İşlər Naziri vəzifəsinə təyin olunması bugün suallar doğurur ki, yoxsa Emil Usubovdamı nazir olacaq?
Hal- hazırda Daxili İşlər Naziri Ramil Usubov Azərbaycanın 8 general-polkovnik rütbəsini daşıyanlardan biri olmaqla, ölkənin ən güclü təsir dairəsi olan məmurlarından biridir.
Ehtimal olunur ki, məhz bu təsir dairəsinin azalmaması üçün artıq Ramil Usubov öz oğlunu rəhbər vəzifələrə gətirilməsi imkanına prezident icazə verib. Hökümətin ancaq öz içində illərcə görəvini etmiş insanlara etibar etməsi üç güc strukturundan birinin sükanını heç bir şəkildə hansısa digər güc dəngəsinin əlinə keçməməsi üçün atılmış bir addım kimi qiymətləndirilməkdədir.
Daxili İşlər Naziri General-Polkovnik Ramil Usubovun yaşlanması faktı ilə əlaqədar olaraq, onun yerinə oğlu Emil Usubovun gətirilib gətirilməyəcəyi sualları bu gündə gündəmdədir. Daxili İşlər Nazirliyində ki, mənbədən aldığımız məlumata görə Emil Usubov, nazir postuna gətirilməsədə, bir il ərzində Daxili İşlər Nazirinin müavini vəzifəsinə təyin olacaq.
Xatırladaq ki, Emil Usubov prezident İlham Əliyev tərəfindən "igidlik” medalı ilə təltif edilib.
Şərhlər : 12 Şərh yaz
MILLET 1 2 mart 2013 13:38  
Allah Ramil muellime can saqliqi versin,hele cavandir ,hec olmasa 10 ilde islesin ,bu postda,vallah inanin,ondan yaxsi adam yoxdur ki, onun yerine gelsin.Emil de diger nazir usaqlarindan ferqli olaraq,cox aqilli,savadli,sade ve xeyirxah insandir,yeni vezifesinde ona uqurlar arzulayiram ve nazir olmaqa da laiq insandir
Eks Azer 6 mart 2013 03:24  
Qaqash,sen lap sabunsuz .. aaa.. Senin kimilerdi bu milleti bu gune qoyan.
Zaza dayı 26 mart 2013 19:24  
Göresen bu ne igidlik gösterib, milletin xeberi yoxdur! Günah Usubovda deyil, ona bu adı veren cinayetkardır, ona imza atan milletin düşmenidir!!!
Qanqa İbrahimov 13 avqust 2013 09:58  
Emil Usubov Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiyinə, xidməti vəzifələri yerinə yetirərkən cəsarət göstərdiyinə görə Prezidentin 30 iyun 2004-cü il, 294 saylı sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.
Rashad 17 noyabr 2013 02:15  
Sizi kimi yaltaqlara gore ele Ilham Eliyev prezident oldu.
RAUL 26 noyabr 2013 04:39  
men onlarin ne pisliyini gormüsem ne yaxsiliqini ama ramil usubovun yaxsiliqini esitmisem onun oqlunuda real gormuüem duz deyir qaqas sade oqlandi boyuk oqlu kiciyi deye bilmerem ama sabinliqda lazim doyulda ay onan yaxsi yoxdu ay ne bilim ne hakimiyet tez tez deyislmelidi bu hakimyetde oz aramizdi atadan oqlu mias kimi sey olub azerbaycanda
Eldəniz Baxşəliyev 29 noyabr 2013 19:54  
Bu gün DİN-in kadr siyasəti və bu işə cavabdeh olan insanların fəaliyyəti yarıtmaz vəziyyətdədir.Adi polis vəzifəsinə işə girmək üçün 10000(10 min)manat rüşvət verməlisən.Mən şəxsən özüm bunun şahidiyəm və bunu bütün Azərbaycan bilir.Ramil Usubovun bundan xəbəri varmı?
tek 29 noyabr 2013 22:19  
allah bu xalqin omurunden kesib emile versin
Muhammed 5 fevral 2014 15:00  
TEK--- qaqas cox ela yazib. Millet qirilsa da olar amma aman nazirin ogluna bir sey olmasin. Men Isvecde yasiyiram,bas nazirin oglu burda Makdonaldsda kassir isdiyir,1500 manatda bir az cox maas alir. 17 yasi var pravasi yoxdu deye moped (pravasiz surmeye icaze var) surur. Bezileri hele girir eee neyi var. Allah ozu komek olsun bu millete
surunburun 4 aprel 2014 03:58  
haci bobinin adindan danisir kisidi bu biglarida var
allaqulu 20 aprel 2014 19:56  
qardaş toplananların yerini dəyişməklə cəm dəyişmir.
saqqaldan bığa yaxılan yağdır
elqiz 21 aprel 2014 08:44  
azerbaycan halqi dozumlu halqdi adamin var vezifen var
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti