Azərbaycan əsgəri xəstəlikdən vəfat etdi

25-11-2012, 23:51
Oxunub: 3338



Etatist.com, apa-ya istinadən xəbər verir ki, Tərtər rayonun da yerləşən N saylı hərbi hissədə xidmət edən əsgər, 19 yaşlı Fəhmin Ceyhun oğlu İsgəndərov ağır vəziyyətdə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya açıqlamasında bu faktı təsdiqləyib. F. İsgəndərov hospitalda ürək-damar, tənəffüs çatışmazlığından dünyasını dəyişib.
Mərhum F. İsgəndərov 2012-ci ildə Şamaxı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti