Üç yanğın birdən

1-01-2013, 10:27
Oxunub: 967


Etatist.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu, Göycəli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot tayasının 8 tonu yanmışdır. Ot tayasının qalan hissəsi, yaxınlıqda olan digər ot tayası və tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;


Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının tüstü bacasının ətrafı 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;


Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan salonunun 1 otağında 1 ədəd dolab yanmış, yüksək temperaturdan lambirdən ibarət tavanı 4 kv.m sahədə ərimişdir. Salonun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti