Sabah tıxaclar günü elan olunur

24-11-2012, 07:47
Oxunub: 2154



Sabah Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində yerləşən məcsidlər və onlara bitişik yollar istiqamətində bütün avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq vəya istiqamət dəyişdiriləcək. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib.
"Məscidlər boyu hərəkət edənlərin, ümumiyyətlə, bütün tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, yol hərəkətində rahat, fasiləsiz və təhlükəsiz hərəkətin təşkil edilməsi məqsəsilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin", - o deyib.
V.Əsədov qeyd edib ki, məscid və ziyarətgahlarda keçiriləcək tədbirlərə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrinin köməyi ilə hərəkət etmək tövsiyə edilir.
"Tədbirlər başa çatdıqdan sonra məscidlərin yerləşdiyi ərazi boyu hərəkət tam bərpa ediləcək", - bölmə rəisi bildirib.
Qeyd edək ki, sabah paytaxt polisi Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə gücləndirilmiş iş rejimində çalışacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti