"Polislər" həbs olundu

26-12-2012, 13:01
Oxunub: 3291


Azərbaycanda özlərini  polis əməkdaşı kimi təqdim edən şəxslər tutulub. APA-nın  Daxili İşlər Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 21-də Abşeron rayon sakini Fazil Verdiyev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək, dekabrın 20-də, Lökbatan qəsəbəsi ərazisində özlərini polis əməkdaşları kimi təqdim etmiş 4 naməlum şəxsin ona məxsus "Hyundai" markalı avtomaşına oturub, avtomaşında narkotik vasitə tapmalarını bildirərək buraxılması müqabilində 5000 manat pul istədiklərini, ondan 1600 manat pul aldıqlarını qeyd edib.

 

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xırdalan şəhər sakinləri Tərlan Yahyayev, Anar Məmmədov, Bakı şəhər sakinləri Elnur İsayev, Gülnaz Bayramova, Elxan Hacıyev və Elşən Ramazanov tutulublar.

 

Faktla bağlı araşdırma aparılır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti