Sadiq Qasımov

13-12-2012, 18:48
Oxunub: 3481
Gənclik dövlətinə sahib çıxmazsa...


Dövlətimizlə həmyaşıdam, lakin bu dövləti idarə edənlər yaşlı nəslin nümayələndələridi. Elə, buna görədə yəqin laqeyddilər, yorulublar, doyublar hər şeydən. Daha nə varki onun üçün nələrisə dəyişməyə çalışsınlar? Bir dövlət dairəsində, gənc birini xalqın həyatına təsir edəcək qərarlar verən vəzifədə görə bilməzsiniz. Nə nazirlərimizdən, nə millət vəkillərimizdən, nə universitet rektorlarından nə də hərhansı qeyri hökümət təşkilatının rəhbəri cavan deyil. Səbəbidə hazırdı "onlar daha təcrübəlidi”. Təcrübəlidilərsə niyə bu bizim həyatımıza yaxşı təsir etmir, yaxşılığa doğru heçnə dəyişmir? 

  

Bu təcrübə səbəblərindən universiteti oxumuş, ali təhsilli gənclərimiz restoran və kafelərdə ofisiantlıq edir? 18-28 yaş arası cavan qızlarımız satıcılıq edib, Rusiya bazarlarında bu ölkənin yüzminlərlə vətəndaşı alverlə məşğul olur? Bu necə təcrübədi belə? Bizim gənclərimiz başqa dövlətlərə ucuz iş gücü olsun deyə yetişdirilməməlidi. Bu görülməmiş biabırçılığa bir son verilməlidir.

  

Kiminsə kefinin kök olması üçün, nəvələrinə nəticələrinə yaxşı imkan yaratmaq üçün vəzifədə oturub, bu ölkənin bütün maddi imkanlarını talan edib, dəyərlərini ayaqları altına salanlara görə Azərbaycan gəncliyi o cür küçümsənilməyə layiq deyil. Bugün Universitetlərimizdə təhsilin adından başqa heçnəyi olmadığı üçün gənclərimiz öz peşələrində işləmirlər,məhkəmələrimizdə ədalət olmadığı üçün insanlarımız məhkəmələrdən qorxur, dövlətə xidmət üçün çağrılan əsgərlərimizin can təhlükəsizliyi olmadığı üçün sülh dövründə 11 ayda 91 əsgərimiz "ölür” . Azərbaycan xalqının dövləti var, amma xalqı qoruyacaq xalqa dövlətinin olduğu əminliyini verəcək heçnəyi yoxdu. Azərbaycanın gələcəyi, Azərbaycan gəncliyidi. Özü ilə həmyaşıd olan gəncliyi. Bugün Türkiyədə, Rusiyada, Ukraynada təhsil alan minlərlə gəncimiz var, Türkiyədə universitet müəllimi olan 2 mindən çox Azərbaycanlı müəllim var, amma universitetlərimizdə ixtisas səhəsində cavan olan heçkim yoxdu. Azərbaycanın yetişdirdiyi ən ağıllı gənclər digər dövlətlərdə təhsil alır və Azərbaycan dövlətinin onlara imkan yaratmaması səbəbindən vətənə dönmək istəmirlər.


Biz gənclər, bu xalqın 60%-iyik və unutmayaq ki, bizə təsir olmasa da ölkəmizin problemləri hərbirimizi maraqlandırmalıdır. Biz necə olsaq Azərbaycan da elə olacaq. Nə qədər ki, dövlətimizə laqeyid yanaşacayıq, dövlətin də bizə elə yanaşacağına əmin ola bilərsiz. Odur ki, bütün gənclik olaraq çıxış yolumuz ancaq ümumi birliyimizdən keçir. Ya biz, bütün problemlərimizi birlikdə həll etməyə çalışacağıq, yada öz ölkəsindən didərgin düşən gənclərdən biridə biz olacağıq.
Seçim isə sizindi!
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti