Milli Məclis tətilə çıxır

24-12-2012, 12:11
Oxunub: 2989


Payız sessiyasının sonuncu iclasından sonra parlament tətilə çıxacaq, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. 

Milli Məclisin yaz sessiyası isə fevralın 1-də başlayacaq.

A. Təvəkküloğlunun sözlərinə görə, hələlik iclasın gündəliyi təsdiqlənməyib.


Qeyd edək ki, hər il olduğu kimi, bu il də son iclasda Milli Məclisin 31 Dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə Azərbaycan xalqına təbriki də nəzərdə tutulur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti