Deputatlarımızdan futbol yarışması

22-12-2012, 11:04
Oxunub: 1743


Milli Məclisin futbol komandası 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan mini-futbol turnirinə qatılacaq. Bu barədə deputat Fazil Mustafa Xezerxeber-ə məlumat verib. "Neftçi", "Kəpəz", "Xəzər Lənkəran” və başqa veteran komandaların iştirak edəcəyi yarışda parlamenti Ülvü Quliyev, Fuad Muradov, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Adil Əliyev, Fazil Mustafa, Zahid Oruc, Asəf Hacıyev, Aslan Kərimov, Rauf Əliyev, Azay Quliyevin təmsil edəcəyi gözlənilir. F.Mustafanın sözlərinə görə, deputatların sözügedən turnirə qatılmasında əsas məqsəd ölkədə futbolunun inkişafına dəstək verməkdir.

Qeyd edək ki, mini-futbol yarışı bazar günü saat 11.00-da "Neftçi" Futbol klubunun bazasında keçiriləcək.

 


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti